Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

   Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib
  30 Sentyabr 2023    Oxunub:1059
Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub.

Cari ildə 2247 imtiyazlı şəxsin, o cümlədən 300-dən çox şəhid ailəsi üzvünün sanatoriya-kurort yollayışı ilə təmin edildiyi diqqətə çatdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti