Sarayda 3 nəfər bir-birini bıçaqladı - Ölən var

   Sarayda 3 nəfər bir-birini bıçaqladı -    Ölən var
  30 Sentyabr 2023    Oxunub:1145
Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qətl hadisəsi olub.
AzVision.az rayon prokurorluğuna istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə məlumat daxil olub.


Araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti