Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb

Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb
  30 Sentyabr 2023    Oxunub:1102
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsi uğurla yekunlaşıb.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır.

Layihə çərçivəsində “ekosular.az” saytının ingilisdilli və rusdilli versiyası istifadəyə verilib. Bundan başqa, saytda su hövzələri ilə bağlı üç dildə maarifləndirici və məlumatlandırıcı yazılar yerləşdirilib, Bakıda, Neftçalada, Lənkəranda Xəzər sahillərinin, çay və göllərin, Şəmkirdə, İmişli-Sabirabad-Saatlıda, Ağcabədidə, Beyləqanda, Abşeronda çay, göl və su anbarlarının tullantılar və brakonyerliklə bağlı monitorinqi aparılıb, monitorinqin nəticələrinə həsr olunmuş hesabat nəşr edilib və müvafiq qurumlara paylanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti