Avtomobil 76 yaşlı kişini vuraraq öldürüb

   Avtomobil 76 yaşlı kişini vuraraq öldürüb
  29 Sentyabr 2023    Oxunub:1020
Lənkəranda avtomobil 76 yaşlı kişini vuraraq öldürüb.
AzVision.az xəbər verir ki, qəza Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsi Lənkəran şəhərinin Heydər Əliyev küçəsində qeydiyyatda olan 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub. Əraziyə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və ağır xəsarət alan kişi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım göstərildikdən sonra İ.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

AzVision.az



Teqlər:





Xəbər lenti