Transxəzər üzrə tərəfdaşların iclası keçirilib

Transxəzər üzrə tərəfdaşların iclası keçirilib
  29 Sentyabr 2023    Oxunub:659
28-29 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının növbəti iclası baş tutub.

AzVision.az xəbər verir ki,İclasda sözügedən marşruta əlavə yük həcmlərinin cəlb edilməsi və xidmət keyfiyyətinin, o cümlədən yük əməliyyatlarının səmərəliliyinin artırılması ilə bağlı məhsuldar müzakirələr aparılıb.

Eyni zamanda, Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nizamnamə və üzvlük haqqında Əsasnamənin yeni versiyası yekdilliklə qəbul edilib.



AzVision.az



Teqlər:





Xəbər lenti