Respublikaçılar İrana 6 milyard dollarlıq ödənişi tənqid ediblər

Bu hesabata görə, onlar Bayden administrasiyasından İranla imzalanmış bütün razılaşmaları Konqresə göstərməyi və əlavə sanksiyaların ləğvindən çəkinməyi tələb ediblər. Onlar, həmçinin maliyyə resurslarının sərbəst buraxılmasının İrana qeyri-qanuni nüvə və ballistik raket proqramlarını gücləndirməyə və terrorizmi maliyyələşdirməyə imkan verəcəyini vurğulayıblar.
“Bayden administrasiyasının İrana qarşı fəaliyyəti Amerikanın şərtlərinə əsaslanmırdı. Lakin fasiləsiz güzəştlər, sakitləşdirmə və indi girovlar üçün milyardlarla “əvəzödəmə” onları zənginləşdirdi, Tehranı təcriddən çıxardı və İranın terrorizmi dəstəkləyən rejimini nüvə silahı istehsal etmək qabiliyyətinə yaxınlaşdırdı. Respublikaçılar indi Bayden administrasiyasının İranla əlaqəsini və fəaliyyətini daha diqqətlə izləyəcək, lazım gələrsə, yüksək səviyyəli hökumət rəsmilərini qapalı diplomatiya ilə bağlı ictimai dinləmələr üçün Konqresə gətirəcəklər”, - konqressmen İssa deyib.
Eyni zamanda, Ayova ştatından respublikaçı senator Coni Ernst də cümə axşamı Senatın Silahlı qüvvələr Komitəsinin dinləmələrində “Bayden administrasiyasının İrana qarşı sakitləşməsini” sərt tənqid edib.
AzVision.az