Əhliman Əmiraslanov: "Onkoloji xəstəliklərin müalicəsinə 50 milyon ayrılıb, ancaq bu yetmir"

     Əhliman Əmiraslanov:    "Onkoloji xəstəliklərin müalicəsinə 50 milyon ayrılıb, ancaq bu yetmir"
  28 Sentyabr 2023    Oxunub:490
"Orqan və toxuma transplantasiyası üzrə hazırda dünyada ilk yerdə İspaniyadır və Azərbaycan bu ölkə ilə müqayisə edilməyəcək səviyyədədir. Lakin ilk addımların atılması vacib məsələdir".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov yenilənmiş "Xidmətlər Zərfinin" təqdimatına dair tədbirdə çıxış edərkən deyib. O bildirib ki, orqan və toxuma transplantasiyası ilə bağlı artıq işlənmə mexanizmi Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və dünya standartlarına uyğundur.

"Bu sahədə əvvəllər olan maneələrin tam əksəriyyəti ortadan götürülüb. Lakin orqan və toxuma transplantasiyası ilə bağlı məhdudiyyətlər var. Bu başa düşüləndir. Maliyyə tərəfi var və böyük vəsait tələb edir. Digər tərəfdən bu gün xəstəxanalarımızın imkanları məhduddur.
Bu gün özəl tibb xidmət sahəsi sürətlə inkişaf edir və onlara orqan və toxuma transplantasiyası üzrə icazə verilə bilər".

Ə.Əmiraslanov qeyd edib ki, iki geniş yayılmış xəstəliyin icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınmaması başa düşülən deyil.

"Bunlardan biri də onkoloji xəstəliklərdir, digəri isə ürək transplantasiyasıdır. Çünki onkoloji xəstəliyin müalicəsi böyük vəsait tələb edir. Bu gün onkoloji xəstəliklərin müalicəsinə 50 milyon manat vəsait ayrılıb. Lakin bu, xəstələrin tam müalicəsi üçün yetmir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti