"Əhalinin sağlamlıq göstəricilərində son illərdə irəliləyişlər hiss olunur" - Nazir

   "Əhalinin sağlamlıq göstəricilərində son illərdə irəliləyişlər hiss olunur" -    Nazir
  28 Sentyabr 2023    Oxunub:744
"Bu gün Azərbaycanda dövlət və özəl səhiyyə sektoru bir-biri ilə tamamlayıcı rol oynayır. Qəbul edilən "Dövlət və özəl tərəfdaşlıq haqqında" qanun bu sahədə yeni əməkdaşlıq imkanlarını təmin edib. Bu yaxınlarda həmin məsələ ilə əlaqəli qaydalar işlənib aidiyyəti üzrə təqdim olunacaq".
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev yenilənmiş Xidmətlər Zərfinin təqdimatında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu da ölkədə icbari tibbi sığorta üçün böyük və misilsiz imkanlar yaradacaq.

"Əhalinin sağlamlıq göstəricilərində son illərdə irəliləyişlər hiss olunur. Əgər bugünkü gedişat davam etsə, yaxın illərdə peşəkar həkimlərin də iştirakı ilə gələcəkdə ölkədə daha sağlam nəsillər formalaşacaq", - T.Musayev əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti