"Əvvəl 400 manat alan həkimin maaşı indi 2600 olub"

   "Əvvəl 400 manat alan həkimin maaşı indi  2600  olub"
  28 Sentyabr 2023    Oxunub:525
"2019-cu illə müqayisədə 2023-cü ildə həkimlərin əmək haqlarından ciddi artım var. Əvvəl vahid tarif cədvəli ilə edilən ödənişlərdə indi əlavə bonuslar olur. İxtisaslar üzrə orta əmək haqqları kifayət qədər artıb".
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş "Xidmətlər Zərfinin" təqdimatına dair tədbirdə çıxış edərkən deyib. O bildirib ki, əvvəl 400 manat alan həkimin orta əmək haqqısı 2600 olub.

"Bu istiqamətdə müsbət tendensiya var, lakin qarşıda böyük yol var. Xüsusilə dövlət tibb müəssisələrində görüləcək işlər çoxdur".

Z.Əliyev gələcəkdə Xidmətlər Zərfində dərman təminatının daxil olmasının əsas hədəflərdən olduğunu qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti