İşçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Faktla bağlı “Şirvan-Xidmət” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Şirvan şəhər Məhkəməsinin qərarı ilə ASC 20 min manat məbləğində cərimə edilib.
AzVision.az
Teqlər: