ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu şirkətlər və şəxslər İranın dron istehsalı proqramı üçün komponentlərin alınmasını təşkil ediblər. Departament vurğulayıb ki, İran Rusiyanın Ukraynaya qeyri-qanuni işğalını dəstəkləmək üçün Moskvanı "Şahed-136" PUA-ları ilə təmin edir. Şəbəkənin aldığı mühərriklərdən biri bu yaxınlarda Ukrayna səmasında vurulmuş “Şəhed-136”-nın qalıqlarında tapılıb.
Bundan əlavə, ABŞ Çin vətəndaşı Fan Yang və İran vətəndaşı Həmid Rza Canqgorbaniyə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az