Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv edib? - Qərbi Azərbaycan Xronikası

Bildirilir ki, İrəvan xanlığının 15 mahalından biri olan Seyidli-Axsaxlının zəngin coğrafiyası olub. Talın mahalının sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edib. Mahalın adı iki türk tayfasının seyidli və axsaxlı adını əks etdirir və etnotoponimdir. Mərkəzi Uşi, yəni Üşü olan bu mahalın cəmi 20 kəndindən 11-i Seyidli tayfasına, 9-u isə Axsaxlı tayfasına məxsus olub.
Qeyd olunur ki, 1828-ci ildə İrəvan xanlığı ləğv edildikdən sonra Seyidli-Axsaxlı mahal da ləğv olunub: “Alagöz dağının әtәyindә azәrbaycanlıların yaşadığı bu ərazidən bütün әhali 19 әsrin ortalarında başlayaraq sıxışdırılıb çıxarılıb. Bura Türkiyә vә İrandan gәlmә ermәnilәr yerlәşdirilib. Mahalın ərazisi param-parça edildikdən sonra 1918-ci ildә ermәni-daşnak qüvvәlәri tərəfindən buranın әhalisi zorla qovulub. Bölgədə sovet hakimiyyəti qurulandan sonra әhalinin bir hissәsi geri qayıdaraq yaşadıqları kәnd və yurd yerlərini bәrpa edib. Mahalı ərazisində 1930-cu il sentyabrın 9-da Әştәrәk bölgəsi yaradılıb. 1950-ci ildə isə Əştərək lәğv edilib. Nəhayət, 1988-ci ildə ermәnilәr azərbaycanlıları mәcburәn oradan çıxarıblar. Hazırda Seyidli-Axsaxlı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin keçmiş Əştərək, Talin, Abaran rayonlarının həmsərhəd ərazisi hesab olunur”.
AzVision.az
Teqlər: