Qarabağda mina-tələlər zərərsizləşdirilir - FOTO+VİDEO

   Qarabağda mina-tələlər zərərsizləşdirilir -    FOTO+VİDEO
  27 Sentyabr 2023    Oxunub:1140
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.






AzVision.az


Teqlər:





Xəbər lenti