Pilotlarımız səmada “Xarıbülbül” çəkdi

   Pilotlarımız səmada “Xarıbülbül” çəkdi
  27 Sentyabr 2023    Oxunub:812
"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilotları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər.
AzVision.az xəbər verir ki, bu barədə AZAL-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, bu möhtəşəm təsvir AZAL-ın “Laçın” adlı “Airbus A320neo” təyyarəsi ilə yaradılıb.

"Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik", - deyə aviaşirkət bəyan edib.



AzVision.az



Teqlər: Xarıbülbül  





Xəbər lenti