Vardanyan bu maşınla postu keçmək istəyib - Foto

   Vardanyan bu maşınla postu keçmək istəyib -    Foto
  27 Sentyabr 2023    Oxunub:931
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
AzVision.az xəbər verir ki, Vardanyan "Toyota" markalı avtomobillə postu keçmək istəyib.

Sosial şəbəkələrdə onun sərhəddən qaçmaq istəyərkən istifadə etdiyi avtomobilin fotosu yayılıb.

Qeyd edək ki, R. Vardanyan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. O, barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.


AzVision.az


Teqlər:





Xəbər lenti