Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub

Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
  27 Sentyabr 2023    Oxunub:1189
Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan bildirilib.

Prokurorluq əməkdaşları Parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti