İranda öldürülən etirazçının anası həbs olunub

İranda öldürülən etirazçının anası həbs olunub
  27 Sentyabr 2023    Oxunub:839
Ötən il İrandakı kütləvi etirazlar dalğası zamanı qətlə yetirilən vətəndaşların ailələrinə qarşı hökumətin təzyiqləri davam edir.
AzVision.az “Hengaw” insan haqlarının müdafiəsi təşkilatınıa istinadən xəbər verir ki, etirazlar zamanı öldürülmüş İrfan Sarixaninin anası Səmiyə Sarixani İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Məlumata görə, sentyabrın 27-i Tehranda öz evində həbs edilən Səmiyə Sarixani naməlum yerə köçürülüb. Həbsin səbələri barədə isə ətraflı məlumat yoxdur.
Ötən il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən qaçırıldıqdan sonra işgəncələrə məruz qalmış Tehran-Pars şəhərinin 22 yaşlı sakini İrfan Sarixaninin cəsədi həmin ayın 21-də Cacrud yaxınlığında tapılıb.

İranın tibbi ekspertizası bu gəncin əvvəlcə “naməlum” səbəbdən öldüyünü qeyd etsə də, ailənin şikayətindən sonra bunun “intihar” olduğunu açıqlayıb.
AzVision.az



Teqlər: İran   həbslər  





Xəbər lenti