Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür - VİDEO

Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür -    VİDEO
  27 Sentyabr 2023    Oxunub:716
Ermənilərin Azərbaycanın Qarabağ bölgəsindəki daha bir “abidəsi” yerindən götürülür.
Bildirilib ki, Ağdərə ərazisində quraşdırılan və ermənilərin abidə kimi ziyarət etdiyi Piyadanın Döyüş Maşını - BMP sökülür. Qeyd edək ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Azərbaycan Ordusunun vurduğu həmin BMP sonralar Ağdərədə abidə kimi yerləşdirilib.



Xatırladaq ki, daha əvvəl ermənilərin Şuşanın girişinə yerləşdirdiyi, vaxtilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun vurduğu “T-72” tankının abidəsi sökülərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.


AzVision.az


Teqlər:





Xəbər lenti