İcma BMT-nin Ali Komissarına cavab verib

Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və sülhə, birgəyaşayışa, barışığa və re-inteqrasiyaya əsaslanan gündəliyə sahibdir.
Belə olan təqdirdə, Ali Komissarın beynəlxalq hüquqa hörmətsizlik edən, re-inteqrasiyanı rədd edən və separatçı yanaşmaya malik qüvvələri dəstəkləməsi və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlməsi azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkilikdir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının bu ayrı seçkiliyə yol verməsi siyasi baxımdan yanlış olmaqla bərabər, bütövlükdə insan hüquqları sahəsində beynəlxalq sistemi kökündən sarsıdır.
Biz Ali Komissar Türkü daşıdığı ali vəzifənin mandatına uyğun hərəkət etməyə, rəhbərlik etdiyi təsisatın bəzi dairələrin əlində ucuz siyasi alətə çevrilməsinə imkan verməməyə, dini və etnik zəmində qərəz və ayrı-seçkiliyə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna dəstək verməyə və hüquqlarımızın müdafiəsi xahişi ilə 10 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq”.
AzVision.az
Teqlər: