Nazirin Göygöldəki qəbulunun vaxtı dəyişdi

Nazirin Göygöldəki qəbulunun vaxtı dəyişdi
  27 Sentyabr 2023    Oxunub:1237
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 sentyabr 2023-cü il tarixində Göygöl şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. "Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək", - nazirlikdən bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti