Parisdə polis zorakılığına qarşı etirazlar başlayıb
Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var. Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarından zərərçəkənlərlə həmrəyliklərini bildiriblər.
Polis bu aksiyada 4-5 min adamın iştirak edəcəyini bəyan edib. Ümumilikdə ölkə daxilində 30 minə qədər etirazçı küçələrə çıxa bilər.
“Le Parisien” qəzetinin məlumatına görə, hakimiyyət Fransa şəhərlərinin küçələrində asayişi qorumaq üçün 30 minə qədər polis və jandarm cəlb etmək niyyətindədir.
AzVision.az