İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  20 Sentyabr 2023    Oxunub:1308
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə rayonun Hacıhətəmli kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həşimov Sahib Salman oğlu idarə etdiyi 90-XS-492 dövlət nömrə nişanlı "Chevrolite" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(Report)


Teqlər:





Xəbər lenti