Beş amerikalı məhbus bu gün İrandan Qətərə yola salınacaq
“Amerikada azadlığa buraxılan İran vətəndaşlarından ikisi ölkəyə qayıdacaq, biri ailəsi olduğuna görə başqa ölkəyə səfər edəcək. Digər ikisi isə əvvəl olduğu kimi eyni qaydada yenə də ABŞ-da qalacaq. Son məlumatlara əsasən, İranın Cənubi Koreyadakı aktivləri bu gün (bazar ertəsi) azad ediləcək”, - Kənani deyib.
Qeyd edək ki, birinin qadın olduğu bildirilən Amerika vətəndaşlığına malik iki məhbusun kimliyi hələlik açıqlanmayıb. Hər iki məhbus şəxsi səbəblərdən anonim qalmağı xahiş edib.
Yeri gəlmişkən, məhbus mübadiləsi İran prezidenti İbrahim Rəisinin Nyu-Yorka səfəri ilə üst-üstə düşür.
AzVision.az