"Hələb qəssabı" haqqında məlumatlar Rusiya Müdafiə Nazirliyinin saytından silindi |
Xatırladaq ki, sentyabrın 6-da Rusiya Dövlət Dumasının deputatı, istefada olan general-polkovnik Viktor Zavarzin bildirib ki, adı Müdafiə Nazirliyinin saytından yoxa çıxan Surovikinin “MDB-də” “yaxşı” vəzifə verilib. Əvvəllər isə onun haqqında məlumatları “Silahlı Qüvvələrin Baş Komandanları” bölməsində görmək olardı. İndi bu siyahıda yalnız Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Nikolay Evmenov və Quru Qoşunlarının Ali Baş Komandanı ordu generalı Oleq Salyukov qalıb.
Surovikin iyunun 24-də "Vaqner" üsyanını dayandırmaq üçün silahlılara müraciətdən bəri ictimaiyyət qarşısına çıxmırdı.
Avqustun sonunda isə o, Aerokosmik Qüvvələrin keçmiş baş komandanı kimi tutduğu vəzifədən azad edildi. Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general Viktor Afzalov təyin edildi.
Bu günlərdə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin məşhur generalla bağlı sualına şərh vermək istəmədi.
Xatırladaq ki, o, Ukraynaya Suriyadan gətirilmişdi. Suriyada sərt üsulları ilə tanınan Surovikin amansızlığı ilə seçilir. Həmkarları ona "General Armageddon" ləqəbini veriblər. Digər ləqəbi isə “Hələb qəssabıdır”.
Tural Tağıyev
AzVision.az