Bəharə Hidayət: Məndən narahat olmayın, İran üçün narahat olun
Xanım Hidayət avqustun sonunda etirazçı məhbus Cavad Ruhinin ölümündən sonra İranda “ikiqat repressiya”ya etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.
“Bu aksiya iranlıların ictimai vicdanı ilə azadlıq üçün əhd-peymanın, onun ildönümü ərəfəsində Məhsa qiyamı ilə əhd-peymanın yenilənməsidir. Məndən narahat olmayın, İran üçün narahat olun. İran rejimi gedir, onun getməsi düşünülmüş və vicdana əsaslanan siyasi fəaliyyətdən asılıdır. Bu hakimiyyətin ömrünə əlavə olunan hər gün bu ölkənin və millətin ömrünü qısaltmağa bərabərdir”, - Hidayət deyib.
Son bir həftədə siyasi fəalın aclıq aksiyasının dayandırılması ilə bağlı çoxsaylı müraciətlər dərc olunub.
2009-cu ildə keçirilən mübahisəli seçkilərdən sonra həbs olunan Təhkim Vəhdət mərkəzi şurasının sabiq üzvü Bəharə Hidayətə “prezidenti təhqir etmək”, “rəhbərliyi təhqir etmək” və “milli təhlükəsizliyə zidd hərəkət etmək” ittihamları ilə 7,5 il müddətinə həbs cəzası verilib.
2016-cı ildə azadlığa çıxan siyasi fəal 2018-ci ildə Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurulmasına qarşı etiraz aksiyalarında iştirak ittihamı ilə yenidən həbs edilib və hazırda Evin həbsxanasında dörd illik həbs cəzası çəkir.
AzVision.az