"Deyirlər, Rusiya Qarabağı Azərbaycana verdi, bundan vicdansız ifadə yoxdur" - Lavrov əsəbiləşdi
"Bəzi fiqurlar, məncə, parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verməsi planı ilə bağlı danışıb. Daha yanlış və vicdansız bir ifadə təsəvvür etmək çətindir. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyev ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini söyləyib. Bu, tamamilə həqiqətə uyğun deyil”, - deyə o bildirib.
Nazir deyib ki, bu sənəddə ümumiyyətlə, Qarabağın statusu ilə bağlı heç nə yoxdur.
"Lakin daha sonra Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin dəvət olunduğu Praqada 1991-ci il Alma-Ata Bəyannaməsini tanıdıqlarını bildirən bəyanat imzalayanda bütün məsələlər bağlandı. Beləliklə, Ermənistanın baş naziri Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsi kimi tanınmasına dair sənədi imzaladı”, - Lavrov əlavə edib.
"Bizi 2020-ci ilin noyabrında Qarabağı Azərbaycana verməkdə ittiham etməyə ehtiyac yoxdur. Öz xalqın qarşısında müstəqil cavab vermək lazımdır”, - Rusiya XİN rəhbəri vurğulayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: