Britaniyada ilin ən isti günü sentyabrda olub
İlkin məlumata görə, Hitrou hava limanında qeydə alınan maksimal temperatur Selsi üzrə 32,7°C olub. Cari ilin öncəki maksimumu 32,6 dərəcə olub və cümə axşamı qeydə alınıb.
MMX ardıcıl altıncı gündür ki, Böyük Britaniyada 30 dərəcədən yuxarı temperatur qeydə alıb ki, bu da ilin bu dövrü üçün orta səviyyədən xeyli yüksəkdir.
Xatırladaq ki, Britaniyada bütün müşahidə tarixinin ən yüksək temperaturu 2022-ci ilin iyul ayında qeydə alınıb - 40°C.
AzVision.az
Teqlər: Britaniya Temperatur