ABŞ: İran təyyarəsinin Krımda olmasına dair sübutlar var
Ötən gün Ukrayna mətbuatı İranın “Puya” şirkətinə məxsus “İlyuşin 76” nəqliyyat təyyarəsinin Rusiyanın işğalı altında olan Krım yarımadasındakı Simferopol şəhərinin hava limanından havaya qalxdığını bildirib. Lakin “Puya” hava yolları şirkəti həmin xəbəri qətiyyətlə rədd etsə də, Vaşinqton bununla bağlı sübutlrın olduğunu vurğulayır.
“İran hökuməti Rusiya ilə münasibətləri barədə yalan danışmağa davam edir. BMT və ABŞ-nin sanksiyasına məruz qalan SEPAH-a bağlı “Puya” hava yolları aviaşirkətinin işğal altındakı Krıma uçması şirkətin gülünc təkziblərinin yalan olduğunu sübuta yetirən açıq dəlildir”, - ABŞ Dövlət departamentinin açqılamasında deyilir.
Tehranla Moskva arasında münasibətlər, xüsusilə də hərbi sahədə əməkdaşlıq Rusiyanın son 18 ayda Ukraynaya hərbi hücumundan sonra xeyli dərinləşib.
AzVision.az