Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb
Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.
***
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Mənbənin sözlərinə görə, 329 nəfər yaralanıb.
Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.
AzVision.az
Teqlər: Zəlzələ