Floridadan Londona üzmək istəyən İranlı macəraçı həbs olunub
Məhkəmənin açıqladığı ittiham aktına əsasən, Sahil Mühafizəsi əməkdaşları tərəfindən Corciya ştatının Tybee adasından 70 mil (112 kilometr) aralıda həbs olunan 44 yaşlı Rza Bəluçi federal ittihamlarla üzləşir. Bu marafonçu avqustun 26-da hamster çarxı kimi böyük şişirdilmiş topla Atlantik Okeanda hərəkət etməyə çalışsa da, ABŞ-nin Sahil Mühafizəsi onu dayandırıb.
“Şişirdillmiş gəmiyə baxış keçirdikdən sonra Sahil Mühafizəsinin əməkdaşları belə nəticəyə gəliblər ki, Bəluçi açıq-aşkar təhlükəli səyahət həyata keçirir. Həmçinin qayığını qeydiyyatdan keçirmək üçün onun heç bir sənədi olmayıb. Sahil Mühafizəsi əməkdaşları Rza Bəluçiyə səfərinin başa çatdığını bildirdikdən sonra o, tutulacağı təqdirdə, məmurları özünü bıçaqla öldürəcəyi ilə hədələyərək, qayığında bomba olduğunu iddia edib. Nəhayət, sentyabrın 1-də, gəmisini tərk etməyə razılaşan Bəluçi, daha sonra məmurlara yanında bomba olmadığını bildirib”, - məhkəmə aktında deyilir.
Yeri gəlmişkən, ABŞ Sahil Mühafizəsinin Bəluçinin macəralarına müdaxiləsi ilk dəfə deyil. 2014, 2016 və 2021-ci illərdə oxşar səyahətlərə çıxan Bəluçinin macəraları da Sahil Mühafizəsinin müdaxiləsi ilə başa çatıb.
Bununla belə, Rza Bəluçi əvvəllər “Fox News”-a müsahibəsində xeyriyyəçilik, xüsusən də evsizlər üçün pul toplamaq məqsədilə bu addımları atdığını iddia etmişdi.
AzVision.az