Mənsum İbrahimov Arif Babayevin yerinə təyin olundu

   Mənsum İbrahimov Arif Babayevin yerinə təyin olundu
  07 Sentyabr 2023    Oxunub:2497
Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.
AzVision.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb xanəndənin səhhətindəki problemlər olub.

O, konservatoriyadakı fəaliyyətini professor kimi davam etdirəcək.

Kafedra müdiri vəzifəsinə isə Xalq artisti Mənsum İbrahimov təyin olunub. O qeyd edib ki, sentyabrın 5-dən vəzifəsini icra etməyə başlayıb: “Ötən gün Arif Babayevin evinə getdim, xeyir-duasını aldım”.

Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.

AzVision.az


Teqlər:





Xəbər lenti