“Qalatasaray” yenə “Real”la görüşəcək

Türkiyə mətbuatının yazdığına görə, “Real” 2013/14 mövsümünda ilk oyununu “Qalatasaray”la keçirəcək. İyulun 22-də baş tutacaq yoxlama oyununun İstanbulda keçiriləcəyi bildirilir.
Qeyd edək ki, bu komandalar cari mövsümdə Çempionlar Liqasının 1/4 finalında da qarşılaşıblar. Həmin matçlarda ilk oyunda "Real" 3:0 hesabı ilə qalib gəlsə də, cavab matçda 2:3 hesabı ilə məğlub olub.