Zelenski Türkiyənin İsveçin NATO-ya üzvlüyünü dəstəkləməsini istəyib

Dövlət başçısı vurğulayıb ki, İsveç “NATO-nun xeyrinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də buna bənzəyir.
“Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və təhlükəsizliyə, xüsusən də bu Baltik-Qara dəniz-Azov regionunda zəmanət verəcək”, - Zelenski əlavə edib.
O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda “biz İsveçin NATO-ya daxil olması üçün, o cümlədən Türkiyə ilə danışıqlarda daimi dəstəyə çağırırıq”.
“Mən cənab Ərdoğanla bu yaxınlarda keçirdiyim görüşdə NATO-da İsveçin lehinə arqumentlər söylədim. Biz bu işi gələcəkdə - İsveçin NATO-ya qəbulunda davam etdirəcəyik”, - Zelenski deyib.
AzVision.az
Teqlər: Ukrayna İsveç Türkiyə NATO