Banqladeşdə iğtişaşlarda 20-yə yaxın polis yaralanıb
Banqladeş Millətçi Partiyasının tərəfdarları 2009-cu ildən bəri hakimiyyətdə olan və müxalifət tərəfindən demokratik azadlıqları boğmaqda ittiham olunan Baş nazir Şeyx Hasinanın istefası tələbi ilə son həftələr etiraz aksiyası keçirirlər. 2024-cü ilin yanvarında ölkə parlamentinə növbəti seçkilər keçirilməlidir. Müxalifət Hasinanın istefasını və keçid hökuməti altında seçkilərin keçirilməsini tələb edir. Onların fikrincə, bu, seçkilərin ədalətli baş tutmasına zəmanət verəcək.
AzVision.az
Teqlər: Banqladeş İğtişaşlar