İran “casus” kimi həbs etiyi qadını Azərbaycana qaytardı
31 yaşlı Validə Yusufovanın ittihamlarını “təxəyyül məhsulu və uydurma” adlandıran Azərbaycan, İranın təhlükəsizlik qüvvələrinin onu əvvəlcə “şəxsiyyət sənədləri ilə bağlı problemlər” bəhanəsi, daha sonra “narkotik ticarətlə məşğul olmaq” və sonda “casusluq”da ittiham əsasında həbs etdiyini açıqlayıb.
2021-ci ildə Ərdəbilin Muğan rayonunda həbs edilən Validə Yusufova üç ay vəkillə əlaqə yaratmadan təkadamlıq kamerada saxlandıqdan sonra İnqilab Məhkəməsində hakim Salvati tərəfindən mühakimə olunaraq, iki ildən artıq Evin həbsxanasında saxlanılıb. Yusifovanın ailəsi bu müddət ərzində onunla ünsiyyətə icazə verilmədiyini bildirib.
Qeyd edək ki, ən azı daha bir Azərbaycan vətəndaşı—Fərid Səfərli də İranda “casusluq” ittihamı ilə həbsdə saxlanılır.
AzVision.az