Şimali Koreyada hərbi parad keçirilib
Hələlik paradda ölkə lideri Kim Çen Inın və başqalarının iştirakına dair məlumat olmasa da, Qələbə Günü ilə əlaqədar KXDR-də səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqunun və Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü Li Honconun rəhbərlik etdikləri nümayəndə heyətlərinin paradı izləyənlər arasında olması ehtimalı böyükdür. İyulun 26-da KXDR lideri Kim Çen In Rusiya müdafiə naziri ilə birgə silah sərgisində iştirak edib. Şimali Koreya lideri həmin gün Çin nümayəndə heyəti ilə də görüşüb.
Qeyd edək ki, Şimali Koreyada əhəmiyyətli tarixi hadisələrin yubileylərində irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradların təşkili ənənəsi var. Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən bəri ölkədə 14 dəfə hərbi parad keçirilib. Yeni silahlar da əsasən həmin paradlarda ilk dəfə ictimaiyyətə nümayiş olunur. Son bir neçə ildir ki, paradlar adətən ya axşam saatlarında və ya səhər erkən vaxtı təşkil olunur.
AzVision.az
Teqlər: