Borell Quranın yandırılmasını pislədi
“Aİ dini ədavətin və dözümsüzlüyün hər hansı formada qızışdırılmasına qəti şəkildə qarşı olduğunu bir daha bəyan edir. Müxtəlifliyə hörmət Avropa Birliyinin əsas dəyəridir. Bura digər dini icmalara hörmət də daxildir. Qurana və ya müqəddəs sayılan hər hansı digər kitaba qarşı təhqiramiz, hörmətsizlikdir və açıq-aşkar təxribatdır”.
O əlavə edib ki, buna baxmayaraq, Aİ ifadə azadlığını müdafiə etməyə davam edəcək.
AzVision.az
Teqlər: