Yunanıstan cəhənnəmi yaşayır - FOTOLAR
Alovun böyük hissəsi yayılmadan nəzarət altına alınsa da, bəzi ərazilərdə baş verən yanğınlar yaşayış məntəqələrinə çataraq çoxlu sayda insanın təxliyəsinə səbəb olub.
Adanın dağlıq daxili hissəsində başlayan yanğınlar güclü külək, yüksək temperatur və quru havanın təsiri ilə sahilyanı ərazilərə, o cümlədən otellərə yayılıb.
İndiyədək Rodosun müxtəlif bölgələrindən 20 mindən çox insan təxliyə edilib. Yunanıstan İqlim Nazirliyinin rəsmiləri təxliyyələrlə bağlı açıqlamasında bunun ölkədə indiyə qədər həyata keçirilən ən böyük təxliyə əməliyyatı olduğunu bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: