İranlı hakim Bernard Filana həbsxanada öləcəyini vəd edibmiş
Filan İran həbsxanasında məruz qaldığı psixoloji işgəncələr üzündən psixi vəziyyətinin yaxşı olmadığını və bəzi gündəlik işlərin onun həbsxanada keçirdiyi pis xatirələri yada saldığını bildirib.
Nümunə kimi kabuslarını xatırladan keçmiş siyasi məhbus hazırda müalicə və dərmanlar aldığını diqqətə çatdırıb.
“Mən bilirdim ki, nəhayət çıxacağam, amma bilmirdim ki, altı ay və ya altı ildən sonra çıxacağam. Üstəlik, azadlığa çıxandan sonra maddi vəziyyət də pisləşir. Heç kim sənə deməyəcək ki, bu qədər pulu al, get paltar al, restorana get”, - Filan deyib.
Fransa hakimiyyətini də tənqid edən Filan, azadlığa çıxandan sonra ondan maddi vəziyyəti barədə soruşulmadığını deyib.
Yeri gəlmişkən, Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə günlərin birində dindiricisinin “dindirilmənin ortasında video kameranı kəsərək, ona “əməkdaşlıq” təklif etdiyin, lakin onun bundan boyun qaçırdığını da bildirib.
İran məhkəməsi Bernard Filanı “casusluq” cinayətinə görə 6 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Əvvəllər dəfələrlə İrana səfər etmiş Filan, İranın indiki hakimiyyəti dövründə bir daha bu ölkəyə səfər etməyə cəhd etməyəcəyini açıqlayıb.
AzVision.az