"Neftçi"yə ciddi sanksiyalar tətbiq oluna bilər"

"Neftçi"yə ciddi sanksiyalar tətbiq oluna bilər"
  12 Aprel 2013    Oxunub:1653
"Neftçi" - "Qarabağ" oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir.
Bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev açıqlamasında bildirib.
O, "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Qarabağ" oyunu zamanı azarkeşlərin səsləndirdiyi nalayiq ifadələrin, etik normalara sığmayan hərəkətlərin təəssüf doğurduğunu bildirib.

"İntizam Komitəsi bununla bağlı müvafiq qaydada qərarlar qəbul edib və hesab edirəm ki, komitənin mövqeyi haqlıdır".

R. Abdullayev Apelyasiya və Ekspert Komitəsinə şikayət edən klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldığının anlaşılmaz olduğunu da dilə gətirib.

"Düşünürəm ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, "Neftçi"nin məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davranmalıdır. Əks-təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və klub rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər".


Teqlər:  





Xəbər lenti