Sabah +18 olacaq
Gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda sabah yağış yağacağı gözlənilir. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi bildirilib. Şimal küləyi saniyədə 9-14 metr sürətlə əsəcək. Küləyin sürəti arabir 16 metrədək güclənəcək. Gecə 6-9, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 13-25 dərəcə isti olacağı gözlənilir. Temperatur bəzi yerlərdə 27 dərəcəyə kimi yüksələcək.