“Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır”

   “Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır”
  08 İyun 2023    Oxunub:1054
“Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq Cənubi Qafqazda davamlı və layiqli sülhə nail olmaq üçün açardır”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən deyib. Dövlət Departamentinin sözçüsü görüşün cədvəli və ya mümkün tarixi ilə bağlı hər hansı məlumatı təsdiqləməkdən imtina edib.

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə səy göstərdikləri üçün biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır”.

AzVision.az


Teqlər:





Xəbər lenti