Zaxarova: “Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim”

      Zaxarova:    “Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim”
  07 İyun 2023    Oxunub:883
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı mövqeyini müəyyənləşdirməyə çağırıb.
a href=https://azvision.az> AzVision.az xəbər verir, bunu Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməlidir. Biz birincini seçirik”, - o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, A.Qriqoryanın bu yaxınlarda şərh etdiyi kommunikasiyaların açılması mövzusu Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri tərəfindən işlənilir: “Buna görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətidir”.

a href=https://azvision.az> AzVision.az


Teqlər:





Xəbər lenti