Baş prokuror litvalı rəsmilərlə görüşüb

Baş prokuror litvalı rəsmilərlə görüşüb
  07 İyun 2023    Oxunub:730
Bu gün Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsini icra edən Yovitas Razkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qonaqları salamlayan Baş prokuror dövlət başçısı İlham Əliyevin bu ilin may ayında Litvaya rəsmi səfəri zamanı baş prokurorluqlar arasında imzalanmış 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramının gələcəkdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanlar yaratdığını bildirib.

Həmçinin, “Tvinninq” layihəsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası sahəsində həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyi bildirilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Yovitas Razkeviçius Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti