Cavad Zərif indiyədək deyilməyənlərdən danışdı

   Cavad Zərif indiyədək deyilməyənlərdən danışdı
  07 İyun 2023    Oxunub:751
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə “Club House” sosial şəbəkəsində JCPOA (İranın nüvə problem üzrə 5+1 formatı) kimi tanınan İran nüvə sazişi ilə bağlı “açıqlanmayan” danışıqlardan söhbət açıb. Məcid Təfrəşinin dəvəti ilə keçirilən və beş saatdan çox davam edən proqram zamanı bu online otağa ümumilikdə 40 mindən çox insan daxil olub.
AzVision.az xəbər verir ki, Məhəmməd Cavad Zərif bu görüşdə Həsən Ruhani hökumətinin xarici siyasət yanaşmasına və onun Xarici İşlər naziri vəzifəsində record vurması ilə bağlı tənqidlərə cavab verməyə çalışıb.
Donald Trampın ABŞ prezidentliyinə seçilməsinə İranın yanaşması barədə sualına sabiq nazir:
“Trampın seçilməsi ilə Ağ Evə daxil olması arasında [Səudiyyə Ərəbistanı kimi] tədbir görmək təklifim var idi. Amma mənim fikrim üstünlük təşkil etmədi”, - cavabını verib

Cavad Zərif Səudiyyə Ərəbistanının o xatkıkı Xarici İşlər naziri Adel əl-Cubeyrin Vaşinqtona göndərilməsinə işarə edərək, Ər-Riyadın Donald Trampın seçki kampaniyası zamanı verdiyi açıqlamalara görə narahat olduğunu və bu səbəbdən Adel əl-Cubeyrin iki həftə Amerikaya gedərək, tədbir görə bildiyini söyləyib.

İranın keçmiş Xarici İşlər naziri Donald Trampın prezidentliyi dövründə Tehranla Vaşinqton arasında münaqişənin həlli planlarını ölkəsinin hələ JCPOA-dan çıxmasından əvvəl təqdim edib. O, bununla bağlı Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinlə danışdığını iddia edib.

Cavadın Zərifin dediyinə görə, o, Vladimir Putindən xahiş edib ki, bu planı birbaşa Donald Trampa ötürsün və ABŞ-ın o vaxtkı dövlət katibi Mayk Pompeonun bu işə qarışmasına imkan verməsin. Çünki Pompeo belə bir planın tamamlanmasına imkan verməyəcəkdi.

Ona görə də Donald Trampın bu işi başqa adamlara tapşırması daha yaxşıdır.
- Vladimir Putin bununla bağlı Donald Trampla danışıb. İnanıram ki, bu plan baş verə bilərdi, lakin bu, Mayk Pompeonun iştirakı səbəbindən baş alınmadı”, - Zərif deyib.

İranın sabiq Xarici İşlər naziri Trampın onunla görüşmək istədiyini, lakin bunun qarşısının alındığını bildirib.

“Donald Trampa yaxın olan senatorlardan biri Nyu-Yorka səfərim zamanı yanıma gəldi və dedi ki, cənab Tramp sizi Ağ evə dəvət edib. Mən bu məsələni Tehrana ötürdüm və uğursuzluq halında cəzanı qəbul edəcəyimi bildirdim. Lakin mesaj daha yüksək səviyyələrə çatmadı və aşağı səviyyələrdə rədd edildi”, - Cavad Zərif deyib.

Qeyd edək ki, 2018-ci ildə Donald Tramp ABŞ-ı JCPOA kimi tanınan “Birgə Kompleks Fəaliyyət Planı” nüvə sazişindən çıxarıb və İranla yeni razılaşma əldə etmək üçün “maksimum təzyiq strategiyası” çərçivəsində Tehrana qarşı geniş sanksiyaların tətbiqinə başlayıb. O vaxtdan bəri İran JCPOA çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən imtina edərək nüvə fəaliyyətlərini xeyli genişləndirib.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər:





Xəbər lenti