Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edildi

Belə ki, Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:20-də çatacaq.
Qeyd edək ki, yay mövsümünün başlanması ilə bağlı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Qəbələdə daha çox maraqlı vaxt keçirmələri üçün 01 iyul 2023-cü il tarixindən etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə yenilənəcək.
Məlumat üçün bildirək ki, ADY 18 mart 2023-cü ildən etibarən ölkə tarixində ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hərəkət edir.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından
(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.
AzVision.az
Teqlər: