"Hökmət öz vətəndaşına pis davranırdı" - İranın həbs etdiyi danimarkalı

“Orada olmaq sürreal idi və mən Danimarkanı təyyarənin pəncərəsindən görənə qədər ölkəmə qayıtdığıma inana bilmədim. İranda mənə qonaq kimi yanaşıldılar, amma deməliyəm ki, hökumətin öz vətəndaşlarına münasibəti belə deyil” , - Kayms deyib.
Tomas Kayms İranla məhbus mübadiləsinə görə azad edilən üç avropalıdan biridir. Azad edilən digər iki şəxs İran əsilli Avstriya vətəndaşları Kamran Qədri və Məsud Müsahibdir. Onlar müvafiq qaydada 2016 və 2016-cı ildən həbsdə idilər.
Bu 3 şəxsin həbsdən çıxması İran diplomatı Əsədullah Əsədinin azadlığa buraxılması qarşılığında baş verib. Bəzi siyasi dairələr avropalıların azad edilməsini alqışlasalar da, bir sıra cinayətlərdə günahlandırılan Əsədinin buraxılmasını tənqid ediblər.
AzVision.az