AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, bu məqsədlə Ukrayna qoşunları təmas xəttinin müxtəlif hissələrinə hücum üçün böyük qüvvələr cəmləyib: “İyunun 4-də Ukrayna çoxdan vəd etdiyi hücumu iki briqada ilə beş istiqamətdə həyata keçirdi. Düşmən onların heç birində uğur qazana bilmədi, 300 hərbi qulluqçu, 16 tank, 26 zirehli döyüş maşını, 14 digər texnika itirdi. Bundan əlavə, iyunun 5-də də Kiyev rejimi 5 briqada ilə 7 istiqamətdə hücuma cəhd etdi. Düşmənin qarşısı alındı və onlar daha böyük itkilər verdilər - 1600-dən çox hərbi qulluqçu, 28 tank, o cümlədən 8 "Leopard" və 3 AMX-10, 136 ədəd digər hərbi texnika məhv edilib".
AzVision.az