Öz döyüşçülərini güllələyən rus polkovnik ifşa edildi - VİDEO

//Priqojin - Şoyqu konflikti dərinləşir

 Öz döyüşçülərini güllələyən rus polkovnik ifşa edildi  - VİDEO
  05 İyun 2023    Oxunub:2290
Məşhur “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojin Telegram kanalda Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının komandirinin videosunu yayıb.
Görüntülərdə Roman Venevitin adlı komandirin dindirilməsi əks olunub. O, etiraf edir ki, Priqojinin hərbi qurumuna qarşı şəxsi düşmənçiliyi olub və o alkoqollu içkinin təsiri altında vaqnerçilərə məxsus avtomobilə atəş açıb.

“Vaqner” studiyası təqdim edir: Biabırçı imitasiya - Kadrların təhlili + VİDEO
Yüksək rütbəli zabit həmçinin Priqojinin əsasən "ZEK"lərdən ibarət olan yaraqlılarının bir qrupunu tərksilah da edib.

Qeyd edək ki, Yevqeni Priqojin son günlərdə vaqnerçilərlə Müdafiə Nazirliyinin bölmələri arasında davam edən gərginliklər barədə dəfələrlə məlumat yayıb. "Vaqner" rəhbəri əsasən müdafiə nazirinə qarşı sərt çıxışları ilə seçilir.


Qeyd edək ki, "Vaqner" ÖHŞ Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojinin idarə etdiyi qeyri-rəsmi silahlı birləşmələrdən ibarətdir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Suriya, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.

Priqojin "Putinin aşpaz"ı ləqəbini də alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Vaqner   Rusiya   Polkovnik  





Xəbər lenti