"Çavuşoğlu ilə dostluğumuz məktəbdən başlayıb" - Yeni nazir

  "Çavuşoğlu ilə dostluğumuz məktəbdən başlayıb" -    Yeni nazir
  05 İyun 2023    Oxunub:1859
Xəbər verdiyimiz kimi , iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabineti açıqlayıb.
Yeni kabinetdə Hakan Fidan xarici işlər naziri təyin olunub. Sabiq nazir Mövlud Çavuşoğlu bu gün postunu həmkarına təhvil verir.

H. Fidan bu vəzifədə çalışdığı müddətdə hər cür fədakarlığı göstərməyə hazır olduğunu bildiirb.

"MİT-də 13 il xidmət göstərəndən sonra Xarici işlər naziri təyin olunduğum üçün Prezidentimizə təşəkkür edirəm. Hörmətli Çavuşoğlu ilə dostluğumuz məktəbdən başlayıb. O, dövlət xadimi və dost kimi üstün fəzilətlər nümayiş etdirib. Dövlətimizin və millətimizin bütövlüyü və rifahı üçün hər cür fədakarlığı edəcəyik. Dövlətimizə, millətimizə, ölkəmizə xeyirli olsun".




Şahanə Rəhimli
AzVision.az


Teqlər: Çavuşoğlu   HakanFidan  





Xəbər lenti